İdman

“Zirə” belçikalı hücumçu transfer edib

“Zirə” yeni futbolçu ilə anlaşıb.
Apasport.az klubun feysbuk səhifəsinə istinadən məlumat verir ki, belçikalı futbolçu Loris Broqno ilə 2 illik müqavilə bağlanılıb.
28 yaşlı hücumçunun son klubu “Birşot” olub. O, həmçinin, ölkəsinin “Şarlerua”, “Oud-Heverli Leueven”, “Lommel”, “Mons” və Niderlandın “Sparta” klublarında çıxış edib.
Qeyd edək ki, “Zirə” bunadək Təmkin Xəlilzadə, Ruslan Abışov, Mehdi Cənnətov, Hacıağa Hacılı, Rauf Hüseynli, Anar Nəzirov, Velvis Damakena, Felipe Paxtman, Məhəmməd Hamdui və Gyorqi Stoilovu heyətinə qatıb.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button