Dünya

Zelenskinin ofisi: Rusiya ilə danışıqlar ağır keçəcək, amma davam edəcək

Rusiya ilə danışıqlar ağır keçəcək, amma davam edəcək.

Bu barədə Ukrayna Prezident ofisinin rəhbərinin məsləhətçisi Mixail Podolyak açıqlama verib.

“Danışıqlarda Rusiyanın mövqeyi sərtdir, amma Ukraynanın da mövqeyi sərtdir”, – o vurğulayıb.

Podolyak Rusiya tərəfinin tələblərinin məlum olması səbəbindən Ukrayna üçün danışıqların rahat getdiyini əlavə edib.

O, Qərb ölkələrinin Ukraynanın danışıqlar prosesindəki mövqeyini dəstəklədiklərini də qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button