Dünya

Zelenski: “Ukraynanı NATO-da görmək istəməyən Avropa ölkələri var”

“Bu, fəlsəfi məsələ deyil, amma bunun konkret səbəbləri var. Ukraynanın NATO-ya üzv olmasını istəməyən Rusiya, həmçinin Alyansın bəzi ölkələri var. Bu, heç kəsə sirr deyil”.

Bu fikirləri Ukrayna Prezidenti Volodimir Zelenski Donetsk vilayətinin Mariupol şəhərini ziyarət edərkən söyləyib.

“Ukrayna uzun müddətdir NATO üzvlüyünə doğru irəliləyir, ancaq Avroatlantik inteqrasiyada hələ də irəliləyiş yoxdur”, – dövlət başçısı vurğulayıb.

Ukrayna Prezidenti qeyd edib ki, indi Rusiya qoşunlarının Ukrayna ilə sərhəddəki mövcudluğunda NATO məsələsini bəhanə edir və bəzi Avropa ölkələri bu məsələdə onlarla birgə oynayırlar.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button