Redaktorun seçimi

Zelenski “Şimal axını 2”nin tamamilə bağlanmasını tələb edir

Ukrayna prezidenti Vladimir Zelenski “xalq respublikalarını” tanıdığına görə Rusiya Federasiyasına qarşı təcili sanksiyaların tətbiqinin zəruriliyini qeyd edib.

“Avropa və dünya 2008-ci ildə Gürcüstanda yol verilən o faciəli səhvlərin təkrarlanmasına imkan verə bilməz. Biz Ukraynaya qarşı növbəti təcavüz aktına görə dərhal sanksiyaların tətbiq edilməsinin zəruriliyi barədə razılığa gəlmişik. Bu sanksiyalara “Şimal axını 2″nin tamamilə dayandırılması daxil edilməlidir”, – Zelenski çərşənbə axşamı Kiyevdə Estoniya prezidenti Alar Karis ilə birgə brifinqdə bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button