Siyasət

Zelenski Rusiya ilə danışıqlar üçün Bakını təklif etdi

Ukrayna prezidenti Volodimir Zelenski növbəti brifinqdə çıxış edib. O, belaruslara müraciət edərək, ölkənin “yenidən mehriban və təhlükəsiz olmasını” arzulayıb.

Zelenski Belarusda danışıqlara başlamaq təklifindən xəbərdar olduğunu deyib: “Əgər bu ölkə döyüşlərdə iştirak etməsəydi, Kiyev Belarusda danışıqlara razı olardı”.

Ukrayna prezidenti qeyd edib ki, başqa şəhərlər danışıqlar üçün platforma ola bilər: “Varşava, İstanbul, Bakı – biz bu şəhərləri danışıqlar üçün Rusiyaya təklif etmişik. Və ya Ukraynaya raketlər atmayan hər hansı digər şəhər”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button