Dünya

Zelenski: “Rus dilinə ən böyük zərəri Putin vurub”

Ukrayna prezidenti Volodimir Zelenski hesab edir ki, Rusiya prezidenti Vladimir Putin silahlı təcavüzü ilə dünyada rus dilinin populyarlığına ən böyük zərər vurub.

“Ruslara aid olan hər şeyə nifrəti mütləq artacaq. Rus dilinə ən böyük zərəri Vladimir Vladimiroviç Putin vurub. Məncə, bu, düzəlməz zərərdir. Təbii ki, insanlar bəzən Rusiyadan kənarda rus dilində danışmaqdan utanacaqlar”, – deyə o vurğulayıb.

Zelenski həmçinin etiraf edib ki, prezidentliyinin əvvəlində özü də müəyyən mənada Rusiya ilə münasibətlərin mümkün “normallaşdırılmasına” ümid bəsləyirdi. Və öz siyasətində Donbassda atəşkəsə nail olmağa və normallaşma üzrə danışıqlara başlamağa çalışırdı.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button