Dünya

Zelenski Putinlə nə vaxt görüşəcəyindən danışıb

Ukrayna prezidenti Volodimir Zelenskiy bildirib ki, Rusiya lideri Vladimir Putinlə “o hazır olduqda” görüşəcək.
“Report” xəbər verir ki, bu barədə Ukrayna rəhbəri “RİA Novosti” agentliyinin müxbirinin müvafiq sualına cavabında bildirib.
“Nə vaxt ki, o (Vladimir Putin-red) hazır olacaq”, – Zelenski deyib.
Daha əvvəl Ukraynanın xarici işlər naziri Dmitri Kuleba bildirib ki, Putinlə danışıq fövqəladə dərəcədə mürəkkəb olacaq, amma ona getmək lazımdır. Kuleba həmçinin qeyd edib ki, rəsmi Kiyev iki ölkə prezidentinin görüşünə hazırdır, ancaq onda Moskvanın bu görüşdən çəkinməsi təəssüratı yaranıb.
Ukrayna rəhbəri köməkçisinə qarşı sui-qəsdin arxasında kimin dayanması barədə suala cavab verməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button