Dünya

Zelenski Putini danışıqlar masasına çağırdı

Ukrayna prezidenti Volodimir Zelenski növbəti dəfə xalqa müraciət edib. O, Rusiya prezidenti Vladimir Putini danışıqlar masasına oturmağa çağırıb. 

“Bir daha Rusiya Federasiyasının prezidentinə müraciət etmək istəyirəm. Bütün Ukrayna ərazisində müharibə gedir. Gəlin insanların ölümünün qarşısını almaq üçün danışıqlar masası arxasında əyləşək”.

Zelenski həmçinin, Rusiyanın Ukraynaya hücumunu bütün Avropaya hücum adlandırıb.

“Rusiyanın Ukraynaya müdaxiləsi Avropanın birliyinə, insan haqlarına, Avropada mövcud olan bütün qaydalara hücumdur”, – Zelenski qeyd edib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button