Siyasət

“Zelenski prezident seçiləndə müharibə istəmirdi, amma…” – Savaşdan başqa yol qalmayıb?

“Son günlər Donbass ətrafında vəziyyətin gərginləşməsininn əsas səbəbi “Minsk formatı” və onun səriştəsizliyidir. Məsələ burasındadır ki, Qarabağda olduğu kimi Donbass gərginliyində də “Minsk formatı” mövcuddur. Bu format da eynilə bizdə olduğu kimi mənasız formatdır. Sadəcə, Ukrayna torpaqlarının işğalını uzadırlar”.

Bu sözləri politoloq Elxan Şahinoğlu son günlər Donbass ətrafında gərginliyin yenidən artması fonunda artan Rusiya-Ukrayna gərginliyi haqda danışarkən deyib.

Onun sözlərinə görə, Vladimir Zelenski prezident seçiləndə müharibə istəmirdi, ancaq sonda o da anladı ki, güc olmadan problem ölü nöqtədən tərpənməyəcək:

“Ukrayna ordusu son illərdə güclənib, yeni və modern hərbi texnika ilə təhciz olunub. Digər tərəfdən Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi də Ukrayna hakimiyyətini, siyasi elitasını və cəmiyyətini yaxşı mənada ruhlandırıb. Ancaq Azərbaycanın arxasında Türkiyə var idi, təzyiqləri neytrallaşdırır, hərbi təcrübəsini bölüşürdü”.

Ekspertin sözlərinə görə, Azərbaycandan fərqli olaraq əməldə Kiyevə real dəstək verən yoxdur:

“Ukraynanın bu ağır günündə Paris və Berlin açıqlama veriblər ki, niyə separatçılara qarşı “Bayraqdar” pilotsuz uçuş aparatlarından istifadə etmisən? Bu açıqlama ilə Paris və Berlin Moskvanın çörəyinə yağ sürtüblər. Digər tərəfdən bu iki Avropa ölkəsini Ukrayna-Türkiyə tərəfdaşlığı narahat edir. Bir sözlə, Ukrayna üçün çətin olacaq. Ancaq Ukraynanın münaqişəni hərbi yolla həl etməkdən başqa alternativi yoxdur”.

Turan Rzayev

İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button