İdman

“Zaltsburq” klubunun üzvü Azərbaycana deportasiya olunur

Avstriyanın “Zaltsburq” klubunda çıxış edən stolüstü tennisçi Hüseyn Səlimov ailəsi ilə birgə Azərbaycana deportasiya olunacaq.

Bu barədə klubun vitse-prezidenti Valter Vindişbauer açıqlama verib.

Onun sözlərinə görə, ailə fevralın 15-də deportasiya ediləcək. Vindişbauer H.Səlimovun yaxşı inteqrasiya olunduğunu söyləyib. Klub rəsmisi azərbaycanlı idmançının hazırda ən yaxşı stolüstü tennisçilərdən biri olduğunu sözlərinə əlavə edib: “Şənbə günü günortadan sonra altı polis məmuru ailəni Alpenştrassedəki sığınacaqdan götürərək Zaltsburq şəhərindəki orqanlara aparıb”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button