İqtisadiyyat

Zakir İbrahimov: “Türkiyə ilə olduqca sıx əlaqələrimiz var”

“Bu gün imzaladığımız Anlaşma Memorandumu ölkəmizin dağ-mədən sənayesinin gələcək inkişafı üçün atılmış növbəti uğurlu addımdır. Bilirsiniz ki, iqtisadiyyatın bütün sahələrində olduğu kimi, dağ-mədən sənayesində də qardaş Türkiyə ilə olduqca sıx əlaqələrimiz var”.

Bunu “AzerGold” QSC-nin rəhbəri Zakir İbrahimov Azərbaycanla Türkiyə arasında mədənçilik sahəsində əməkdaşlığa dair İcra Sazişi çərçivəsində Anlaşma Memorandumunun imzalanmasına münasibət bildirərkən deyib.

Z.İbrahimov əlavəe dib ki, imzalanan sənədlə iki ölkənin dağ-mədən şirkətləri arasında tərəfdaşlıq münasibətlərində yeni səhifə açılıb.

Sözügedən Anlaşma Memorandumu bu gün Azərbaycanla Türkiyə arasında imzalanmış 6 sənəddən biridir. Sənəd Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi və “AzerGold” ilə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyinin Mədən Tədqiqi və Axtarış Baş İdarəsi və MTA Beynəlxalq Mədənçilik Şirkəti arasında imzalanıb.

Z.İbrahinovu deyib ki, Anlaşma Memorandumuna uyğun olaraq, iki ölkə araslnda elmi-texniki əməkdaşlığa dair razılıq əldə olunub. Sənəd yeraltı sərvətlərin axtarışı, qiymətləndirilməsi, məlumat və təcrübə mübadiləsi kimi istiqamətləri əhatə edir. Bununla yanaşı, memorandumu imzalayan tərəflər Azərbaycanda fəaliyyət göstərəcək birgə müəssisə və yaxud şirkətin yaradılması imkanlarını da araşdıracaq: “Əminəm ki, birgə əməkdaşlıq ölkəmizin sənaye əhəmiyyətli proqnoz resurslara malik filiz yataqlarının qiymətləndirilməsinə töhfə verəcək. Heç şübhəsiz, birgə aparacığımız tədqiqatlar gələcəkdə yeni investisiyaların cəlb edilməsi, yeni hasilat sahələrinin işə salınması ilə nəticələnək. Bu sənəd çərçivəsində ETSN ilə beynəlxalq əməkdaşlığa da birgə töhfə verəcəyik”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button