İqtisadiyyat

“Zəngəzur dəhlizi regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək”

Zəngəzur dəhlizinin reallaşması regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək.
“APA-Economics” xəbər verir ki, bunu işğaldan azad olunmuş Qarabağ bölgəsinin bərpası və inkişafına həsr olunmuş Türkdilli dövlətlərin biznes forumunda çıxış edən Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov deyib.
Onun sözlərinə görə, Azərbaycanın əsas hissəsi və Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinin qurulmasında maneələrin aradan qaldırılması ilə region ölkələrinin faydalana biləcəyi yeni avtomobil və dəmiryol şəbəkələrinin formalaşdırılması imkanı yaranıb.
“Hazırda Zəngəzur dəhlizinin reallaşması istiqamətində fəal işlər aparılır. Bu potensialın reallaşması yeni nəqliyyat marşrutlarının fəaliyyətə başlamasına gətirib çıxaracaq, regional əməkdaşlığı və sabitliyi möhkəmləndirəcək”, – deyə nazir əlavə edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button