İqtisadiyyat

Zəngəzur dəhlizi Naxçıvanı birbaşa qazla təmin etməyə imkan yaradacaq

Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasını birbaşa təbii qazla təmin etmək mümkün olacaq.

Bunu “Azəriqaz” İstehsalat Birliyinin Şikayətlərin araşdırılması şöbəsinin rəisi İbrahim Kərbəlayev “Açıq qapı” aksiyası çərçivəsində jurnalistlərə bildirib.

“Zəngəzur dəhlizi açıldıqdan sonra Naxçıvan Muxtar Respublikasını da Azərbaycanın hesabına təbii qazla təmin etmək mümkün olacaq”, – İ. Kərbəlayev qeyd edib.

O, hazırda Naxçıvana ikinci dövlət üzərindən təbii qaz verilməsinin həyata keçirildiyini deyib.

Xatırladaq ki, hazırda Naxçıvan Muxtar Respublikasının qazla təminatı İranla mübadilə əməliyyatları əsasında həyata keçirilir.

Bununla yanaşı, Naxçıvan Muxtar Respublikasının enerji təhlükəsizliyini daha da möhkəmləndirmək məqsədi ilə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi planlaşdırılır. Kəmərin illik buraxılış gücü isə 500 mln. kubmetr təşkil edəcək.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button