Dünya

Yunanıstanda 5,2 bal gücündə zəlzələ olub

Yunanıstanın Krit adasında 5,2 bal gücündə zəlzələ olub.
“Report” TASS-a istinadən xəbər verir ki, məlumatı Avropa Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb.
Yeraltı təkanlar əhalisinin sayı 137 min olan İraklion şəhərindən 18 km cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı 2 km dərinlikdə yerləşib. İtki, xəsarət alan və dağıntı barədə hələlik məlumat yayılmayıb.
Qeyd edək ki, sentyabrın 27-də Yunanıstanın Kirit adasının cənubundakı Arvis bölgəsində 5,8 bal gücündə zəlzələ olub.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button