Dünya

“Youtube” Braziliya prezidentinə qadağa qoyub

“Youtube” videohostinq xidməti Braziliya prezidenti Jair Bolsonaronun rəsmi kanalını bir həftə müddətinə yeni videolar yerləşdirmək imkanından məhrum edib.
“Report”un məlumatına görə, bu barədə ABŞ-ın “Google” şirkətinə məxsus “YouTube” xidməti məlumat yayıb.
Bildirilib ki, COVID-19 haqqında tibbi xarakterli qeyri-dəqiq məlumatların yayılması ilə bağlı qaydaları pozduğuna görə Jair Bolsonaronun kanalından video silinib:
“Biz məzmunun yaradıcısının kim olmasından və onun siyasi baxışlarından asılı olmayaraq öz siyasətimizi ardıcıl şəkildə tətbiq edirik”, – videohostinqin administrasiyası bildirib.
Qeyd edək ki, “YouTube” xidməti koronavirusa qarşı peyvəndlə bağlı yalan məlumatları silir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button