Gündəm

Yoluxma mini keçdi 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 

1196 yeni yoluxma faktı qeydə alınıb,  bu virusa yoluxanlardan 219 nəfərin sağaldığı açıqlanıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 5-də habelə  

verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 4 nəfər  də vəfat edib. 

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 348 074 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333 913-ü  sağalıb, 5043-ü vəfat edib, aktiv xəstə sayı 9118-ə yüksəlib.  

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 13 046, ötən müddət ərzində isə ümumilikdə 4 083 746 test aparılıb.  

Son həftələr Azərbaycanda koronavirusa yoluxmada yenə artım olduğu açıqlanır. Avqustun 4-də 996, 3-də 931, 2-də isə 431 şəxsin bu virusa yoluxdğu bildirilmişdi. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button