Yoluxma 2 mini keçdi…

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına
2396 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan 674 nəfərin sağaldığı bildirilir.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan bu gün, avqustun 11-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 11 nəfər də vəfat edib.
Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 357 058 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 336 445-i sağalıb, 5 095-i vəfat edib, aktiv xəstə sayı 15518-ə yüksəlib.
Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 13 792, ötən müddət ərzində isə ümumilikdə 4 147 588 test aparılıb.
Son həftələr bu virusa yoluxma hallarının artdığı bildirilir.Dünən avqustun10-da 1736, 9-da isə 1 101 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı.
Xatırlatma
2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,3 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.
AZADLİQ.ORG