Gündəm

Yoluxanların sayı yenə sağalanları üstələdi

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1277 yeni yoluxma faktının qeydə alındığı, bu virusa yoluxanlardan da 853 nəfərin sağaldığı bildirilir.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan oktyabrın 12-də verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 15 nəfər də vəfat edib.

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 494 min 67 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 474 min 514-ü sağalıb, 6 min 692-si vəfat edib, aktiv xəstə sayı 12 min 861-ə yüksəlib.

Son aylar Azərbaycanda birinci dəfədir ki, yenidən gündəlik rəsmi yoluxma sayı bu virusa yoluxub sağalanların sayını üstələyir.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4.8 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button