Gündəm

Yoluxanlar minə yaxınlaşdı 

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 996 yeni yoluxma faktı qeydə alınıb,  bu virusa yoluxanlardan 202 nəfər sağalıb. 

Nazirlər Kabineti yanında Operativ Qərargahdan avqustun 4-də habelə verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 5 nəfər  də vəfat edib. 

Açıqlamaya görə, indiyədək ölkədə ümumilikdə 346878 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 333694-ü  sağalıb, 5039-u  vəfat edib, aktiv xəstə sayı 8145-ə yüksəlib.  

Bildirildiyinə görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10465, ötən müddət ərzində isə ümumilikdə 40 70700 test aparılıb. 

Son həftələr Azərbaycanda koronavirusa yoluxmada yenə artım olduğu açıqlanır. Dünən, avqustun 3-də 931, avqutun 2-də isə 431 şəxsin bu virusa yoluxdğu bildirilmişdi. 

Xatırlatma 

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 4,2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb. 

AZADLİQ.ORG

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button