GündəmManşet

Yolu bağlayan TIR sürücüləri üzr istədi – video

Bu gün Bakıda yolu bağlayan sürücülər üzr istəyib.

Bu barədə ATV telekanalı məlumat yayıb. Bildirilib ki, sürücülər tıxaca səbəb olduqlarına görə peşman olduqlarını dilə gətiriblər.

Sürücü Rəmiş Cəfərov bildirib ki, TIR-ı saxlayıb və süni tıxac yaradıb.

Xatırladaq ki, bu gün Heydər Əliyev prospektində yolu bağlayan TIR sürücüsü Rəmiş Cəfərov saxlanılıb. Bu barədə hüquq müdafiəçisi Rüfət Səfərovun Feysbukdakı canlı yayımda sürücünün atası Zəkiran Cəfərov bildirib. Onun sözlərinə görə, oğlu hazırda Nərimanov rayon polis idarəsinin 18-ci polis şöbəsində saxlanılır.

Həmçinin qeyd edək ki, TIR sürücülərinin yolu bağlaması faktı ilə əlaqədar cinayət işi başlanılıb.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru, polis mayoru Araz Əsgərli bildirib ki, fakta görə Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə Nərimanov Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət işi başlanılıb: “Məsələyə hüquqi müstəvidə qiymət veriləcək”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button