Mədəniyyət

Yevlaxda “Nizami Gəncəvi İli”nə həsr edilmiş tamaşa nümayiş olunub

Yevlax Şəhər İcra Hakimiyyətinin tədbirlər planına əsasən, rayonda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin anadan olmasının 880 illiyi münasibətilə tədbirlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Yevlax Şəhər Mədəniyyət Mərkəzi və şəhər yaradıcılıq evinin təşkilatçılığı ilə “Nizami Gəncəvi İli”nə həsr edilmiş “Gecə xəlvətcə bizə sevgili yar gəlmiş idi” adlı teatrlaşdırılmış ədəbi-bədii musiqili kompozisiya nümayiş etdirilib.

Tamaşanı Yevlax Şəhər İcra Hakimiyyətinin başçısı Anar Tağıyev, rayonun hüquq-mühafizə orqanlarının rəhbərləri və ictimaiyyət nümayəndələri izləyiblər.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button