Cəmiyyət

Yeni tədris ilində 800-dən çox icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək

Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü və dəstəyi ilə həyata keçirilən icma əsaslı məktəbəqədər təhsil layihəsi çərçivəsində 2021-2022-ci tədris ilində 55 rayon (şəhər) üzrə 700 məktəbdə 850 icma əsaslı məktəbəqədər təhsil qrupu fəaliyyət göstərəcək.
“Report” xəbər verir ki, bu barədə təhsil naziri Emin Əmrullayev məlumat verib.
O qeyd edib ki, layihə təqribən 15 000 nəfər 3-4 yaşlı uşağı əhatə edəcək: “776 tərbiyəçi-müəllimin işləyəcəyi layihə regionlarda yeni iş yerlərinin yaradılması, erkən yaş dövründə təhsilin inkişafı və əlçatanlığı, eləcə də valideynlərin sosiallaşması və icma mədəniyyətinin formalaşması baxımından xüsusi əhəmiyyət kəsb edir”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button