Cəmiyyət

“Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru kollektivə təqdim olunub

Hakim Yeni Azərbaycan Partiyasının (YAP) mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin yeni baş redaktoru Alqış Musayev (Həsənoğlu) kollektivə təqdim olunub.
“Report” xəbər verir ki, A.Musayevi kollektivə qəzetin keçmiş baş redaktoru, deputat Hikmət Babaoğlu təqdim edib.
H.Babaoğlu isə kollektivlə vidalaşıb.
Qeyd edək ki, YAP-ın İdarə Heyətinin sentyabrın 10-da keçirilən iclasında qəbul olunan qərarla “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsinə Alqış Musayev (Həsənoğlu) təyin olunub. Milli Məclisin sabiq deputatı olan A.Musayev əvvəllər də “Yeni Azərbaycan” qəzetinin baş redaktoru vəzifəsində çalışıb.
Deputat Hikmət Babaoğlu isə Milli Məclisdə YAP deputatları üzrə əlaqələndirici vəzifəsinə təyin edilib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button