Mədəniyyət

Yaxın vaxtlarda Lahıcda yerləşən Ağaoğlu məscidinin bərpasına başlanılacaq (FOTO)

Lahıc. Çingiz Səfərli – Trend:
Yaxın vaxtlarda Lahıcda yerləşən Ağaoğlu məscidinin bərpasına başlanılacaq.
Trend xəbər verir ki, bu barədə Lahıc Tarix Mədəniyyət Qoruğunun direktoru Kamal Əliyev məlumat verib.
O bildirib ki, məscid qəzalı vəziyyətdə olduğu üçün 2020-ci ilin avqustundan fəaliyyətini dayandırıb:
“Altından qrunt suları keçdiyi üçün abidə sürüşür. Məscidin restavrasiyası ilə bağlı layihə hazırlanıb, yaxın vaxtlarda bərpa işlərinə başlanılacaq”.

Qeyd edək ki, abidə 1902-ci ildə tikilib.1986-cı ildə aparılan bərpa işləri zamanı ortada yerləşən minarə məscidin sol tərəfinə köçürülüb.
Twitter:@cingizsafarli

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button