Gündəm

Yaxın günlərdə İstanbul-Yerevan reysi üzrə uçuşlar həyata keçirəcək şirkət müəyyənləşdiriləcək

Ankara Türkiyə və Ermənistan aviaşirkətlərinin İstanbul-Yerevan-İstanbul reysinin açılması ilə bağlı müraciətlərini nəzərdən keçirir.

Bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Birləşmiş Ərəb Əmirliklərindən səfərdən qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Nazir bildirib ki, aviaşirkətlərin müraciətləri Nəqliyyat Nazirliyi və Mülki Aviasiya Baş İdarəsi tərəfindən baxılır.

“Prinsip etibarilə Türkiyə tərəfinin məsələyə münasibəti müsbətdir. Yaxın günlərdə bu marşrut üzrə hansı şirkətlərin uçuşlar həyata keçirə biləcəyi müəyyənləşdiriləcək”, – deyə o bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button