İqtisadiyyat

Yaşıl Kart Sistemi çərçivəsində bu il sığorta ödənişləri kəskin azalıb

2021-ci ilin yanvar-iyun ayları ərzində Yaşıl Kart Sistemi çərçivəsində 100 yol nəqliyyat hadisəsinə görə 258 696,47 manat sığorta ödənişi həyata keçirilib.
İcbari Sığorta Bürosundan “APA-Economics”ə verilən məlumata görə, ödənişlərin həcmi illik müqayisədə 48,1%, hadisələrin sayı isə 48,2% azalıb.
Qeyd edək ki, hadisələrin önəmli hissəsi 2020 və 2021-ci ilin ilk 6 ayında Rusiya və Türkiyə Respublikasında baş verib.
Ölkələr üzrə hadisələrin sayı və sığorta ödənişləri (manatla):

Ölkələr

Yanvar-iyun, 2021

Yanvar-iyun, 2020

Hadisə sayı

Sığorta ödənişi

Hadisə sayı

Sığorta ödənişi

Rusiya

49

123 118,22

141

325 628,17

Türkiyə

44

112 213,09

47

157 813,92

Digər

7

23 365,16

5

14 910,92

Cəmi

100

258 696,47

193

498 353,01

Ölkələr və nəqliyyat vasitəsi növləri üzrə hadisələrin sayı:

Ölkələr
NV növü

Yanvar-İyun, 2021

Yanvar-İyun, 2020

Yük

Minik

Avtobus

Cəmi

Yük

Minik

Avtobus

Cəmi

Rusiya

38

11

49

78

61

2

141

Türkiyə

32

12

44

32

15

47

Digər

6

1

7

5

5

Qeyd edək ki, 2020-2021-ci illərin ilk 6 aylıq dövrünə əsasən xarici ölkələrdə baş vermiş hadisələr üzrə zərərlilik nisbətləri ciddi fərqlilik göstərir. İSB-nin məlumatına görə, 2020-ci ilin ilk yarısında toplanan sığorta haqlarının 47%-i həcmində sığorta ödənişi verilib, 2021-ci ilin müvafiq dövründə isə bu nisbət 21% olaraq ortaya çıxıb. Zərərlilik nisbətinin azalmasının əsas səbəbi Yaşıl Kart müqaviləsi əldə edən yük avtomobillərinin sayının artması və minik avtomobillərinin sayının azalması ilə bağlıdır.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button