İqtisadiyyat

“Yaşıl enerji məkanı” üzrə Alt İşçi Qrupunun növbəti iclası keçirilib

“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”ə uyğun olaraq “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı aidiyyəti dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi məqsədilə yaradılmış “Yaşıl enerji məkanı” üzrə Alt İşçi Qrupunun video-konfrans formatında altıncı iclası keçirilib.
Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, Alt İşçi Qrupun rəhbəri, energetika naziri Pərviz Şahbazovun sədrliyi ilə keçirilən iclasda strategiya layihəsinin alt İşçi Qrupu tərəfindən hazırlanmış “Yaşıl enerji məkanı”na dair hissəsinin və Tədbirlər Planının İqtisadiyyat Nazirliyində yaradılmış Katibliyə təqdim olunduğu və Katiblik tərəfindən sənədin ümumi layihəsinə daxil edildiyi bildirilib.
İclasda “2021-2025-ci illərə dair sosial-iqtisadi inkişaf Strategiyası”nın layihəsi təqdimat şəklində nümayiş etdirilib, sənədin müvafiq bəndləri nəzərdən keçirilib, qrup üzvlərinin münasibəti dinlənilib. Ümumilikdə, son təkliflər nəzərə alınmaqla Alt İşçi Qrupu tərəfindən Strategiya layihəsinin qəbulu məqsədəmüvafiq hesab olunub və müvafiq rəyin Katibliyə təqdim edilməsinə dair qərar qəbul edilib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button