Cəmiyyət

Yaşayış yerini tərk edən koronavirus xəstəsi olan tibb işçisi aşkarlanıb

Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri müvafiq yoxlamalar zamanı yaşayış yerini tərk edən aktiv koronavirus infeksiyası daşıyıcısı aşkarlanıb.
Daxili İşlər Nazirliyindən “Report”a verilən məlumata görə, Yardımlı rayon sakini A.Təhməzova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etdiyi müəyyən edilib və onunla izahedici söhbətlər aparıldıqdan sonra tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana qaytarılması təmin edilib.
Faktla bağlı Yardımlı RPŞ-nin istintaq qrupunda araşdırma aparılır.
Qeyd edək ki, A.Təhməzov tibb işçisidir və Yardımlı Rayon Rayon Xəstəxanasının cərrahiyə şöbəsində feldşer işləyir.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button