Cəmiyyət

Yasamalda iki avtomobil toqquşub, xəsarət alanlar var

Bakıda xəsarətlə nəticələnən daha bir yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə Yasamal rayonunda qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində 1961-ci il təvəllüdlü Nəcəfov Telman Yavər oğlu və 1969-cu il təvəllüdlü Məmmədov Muxtar Hüseyn oğlu xəsarət alıblar.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıblar. Onlar aidiyyəti üzrə həkim nəzarətinə götürülüblər.
Hadisənin təfərrüatı araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button