Mədəniyyət

YARAT Müasir İncəsənət Məkanında Milli Musiqi Gününə həsr olunmuş konsert keçirildi (FOTO)

Bakı. Trend:
YARAT Freestyle çərçivəsində YARAT Müasir İncəsənət Məkanında Milli Musiqi Gününə həsr olunmuş konsert keçirildi.
Qurumdan Trend-ə bildirilib ki, tədbir milli musiqi və rəqs dünyasının irsini və geniş diapazonunu, gözəlliyini və incəliyini özündə ehtiva etdi. Konsertdə, milli musiqimizin tarixinin dərinliyini əks etdirən geniş Azərbaycan klassik fonotekası maraqlı retrospektiv formada təqdim olunub.
Giriş nitqini musiqişünas, müəllim, Azərbaycan Milli Konservatoriyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri, sənət layihələrinin kuratoru, Azərbaycan Mədəniyyət Nazirliyinin qeyri -maddi mədəni irs üzrə eksperti – Cahangir Səlimxanov söylədi.

İştirakçılar:

AMAROK musiqi qrupu
“Samur” Ləzgi Milli Mərkəzinin ansamblı
“İZ” qrupu
Zeynəb Quluzadə (vokal)
Lalə Mehdiyeva (piano)
Elşən Tahirov (tar)
Aysel Ciyərxanova (rəqs)
Orxan Səfərli (rəqs)
Vüsal Aydəmirov (piano)
Yaqut Xəlilzadə (xanəndə)
Bayram Əliyev (kamança)
Tərlan İsgəndərov (tar)

TREND

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button