Dünya

Yaponiyada zəlzələdə onlarla insan xəsarət alıb

Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə baş verən 6,1 maqnitudalı zəlzələ zamanı xəsarət alanların sayı açıqlanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, yeraltı təkanlar nəticəsində 19 nəfər yaralanıb.
Qeyd edək ki, zəlzələdən sonra paytaxtətrafı dəmir yollarında “Shinkansen” sürət qatarlarının səfərləri dayandırılıb.
18:43
Yaponiyanın paytaxtı Tokioda və ətraf ərazilərdə 6,1 maqnitudalı zəlzələ baş verib.
“Report” xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.
Mərkəzi Tokio və Çiba prefekturalarının sərhədi yaxınlığında olan zəlzələnin ocağı 80 km dərinlikdə yerləşib.
Zəlzələdən sonra paytaxtətrafı dəmir yollarında “Shinkansen” sürət qatarlarının səfərləri dayandırılıb.
Dağıntı və ya insan tələfatı barədə xəbər verilməyib.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button