Dünya

Yaponiyada güclü qara görə 124 aviareys təxirə salınıb

Yaponiyada güclü qar yağdığına görə azı 124 daxili uçuş reysi təxirə salınıb.

“Report” xəbər verir ki, bu barədə yerli NHK telekanalı məlumat yayıb.

Məlumata görə, qar uçqunları səbəbindən 427 qatarın hərəkəti dayandırılıb.

Bildirilib ki, Yaponiyanın şimal rayonlarında ötən sutkada 70 sm-dək qar yağıb. Küləyin sürəti isə 40 m/san olub. Əlverişsiz hava şəraitinin yanvarın 14-dək davam edəcəyi proqnozlaşdırılır.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button