İqtisadiyyat

Yaponiya Azərbaycana investisiya qoyuluşunu artıracaq

Yaponiya tərəfindən bu günədək Azərbaycan iqtisadiyyatına 12 mln. ABŞ dollarına yaxın investisiya qoyuluşu həyata keçirilib.
“APA Economics”in xəbərinə görə, bunu jurnalistlərə açıqlamasında TET International Development şirkətinin prezidenti Taro Savada San deyib.
Onun sözlərinə görə, bunun nəticəsində ölkənin bir neçə rayonunda zavodlar yaradılıb.
“Hazırda əsas sahə olaraq kənd təsərrüfatına yatırımlar həyata keçirilib. 2024-cü ilədək bu məbləğin 40 mln. dollar olacağını təxmin edirik. Bundan sonra əsas istək olaraq 2024-cü illə kifayətlənməyərək investisiya qoyuluşunu davam etməyi düşünürük. Həmçinin Qarabağın bərpası üçün lazım olan investisiyalar barədə düşünürük və yatırımlar etmək çox istərdik. Ümid edirəm ki, hər şey alınacaq”, – Taro Savada San qeyd edib.

APA

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button