Siyasət

YAP rəhbərliyində dünyanın nüfuzlu universitetlərinin məzunları arasında KİMLƏR VAR?

Martın 5-də baş tutacağı gözlənilən və ölkə siyasi həyatında mühüm hadisə hesab edilən hakim Yeni Azərbaycan Partiyasının qurultayı gündəmin başlıca müzakirə mövzusudur.

Siyasi təhlilçilər və ekspertlər qurultayda mühüm qərarların qəbul ediləcəyini, partiya rəhbərliyində mühüm kadr dəyişikliklərinin reallaşacağını proqnozlaşdırırlar.

Hadisələri qabaqlamadan və konkret olaraq hansı dəyişikliklərə gediləcəyini proqnozlaşdırmadan YAP-ın rəhbər strukturlarında təmsil olunanlar haqda zəruri informasiyaları təqdim edirik.

Bu baxımdan Sfera.az həmin şəxslərin hansı universitetlərdə təhsil almalarını araşdırıb. Maraqlıdır, YAP rəhbərliyində dünyanın nüfuzlu universitetlərinin məzunları arasında kimlər var?  Beləliklə…

Siyasi Şuranın üzvü Əli Əsədov – Plexanov adına Xalq Təsərrüfatı Universitetinin məzunu

Siyasi Şuranın üzvü Abel Məhərrəmov – Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu

Siyasi Şuranın üzvü Əli Həsənov – Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu

Siyasi Şuranın üzvü Elnur Aslanov – Harvard Universitetinin Biznes Məktəbinin məzunu

YAP-ın İdarə Heyətinin üzvü Hacıbala Abutalıbov – Bakı Dövlət Universitetinin məzunu

YAP Sədrinin müavini – icra katibi  Əli Əhmədov – Moskva Dövlət Tarix-Arxiv İnstitutunun məzunu

YAP-ın Sədr müavini Akif Əlizadə – Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu

Siyasi Şuranın üzvü Rövnəq Abdullayev – M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin məzunu

YAP İcra katibinin müavini Mübariz Qurbanlı – Azərbaycan Dövlət Universitetinin Tarix fakültəsinin məzunu

YAP Naxçıvan Muxtar Respublikası təşkilatının sədri Vasif Talıbov – Naxçıvan Dövlət Pedaqoji Institutunun və Bakı Dövlət Universitetinin məzunu

YAP-ın İdarə Heyətinin üzvü Yaqub Eyyubov – Azərbaycan Politexnik İnstitutunun məzunu

Siyasi Şuranın üzvü Oqtay Əsədov –  Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin məzunu

Siyasi Şuranın üzvü Ramiz Mehdiyev – Bakı Dövlət Universitetinin məzunu

Siyasi Şuranın üzvü Novruz Məmmədov – Azərbaycan Pedaqoji Dillər İnstitutunun məzunu

Siyasi Şuranın üzvü Misir Mərdanov – Bakı Dövlət Universitetinin məzunu

Siyasi təhlil və proqnozlaşdırma şöbəsinin müdiri– Mirzəzadə Aydın Böyükkişi oğlu –  Azərbaycan İnşaat Mühəndisləri İnstitutu, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunun məzunu

Qeyd edək ki, partiyanın sədri Prezident İlham Əliyev, Sədr müavinləri isə birinci vitse-prezident Mehriban Əliyeva, YAP İcra katibi Əli Əhmədov, Baş nazirin sabiq müavini Əli Həsənov və sabiq AMEA prezidenti Akif Əlizadədir.

Günay



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button