Siyasət

YAP qəfil qurultaya gedir! – Hakim partiyanın faktiki idarəçiliyinə kim gətirilir?

Hakim Yeni Azərbaycan Partiyası sensasiyalı qəfil qərarla qurultaya gedir. Qurultay 2 gündən sonra – martın 5-də baş tutacaq.

Qəribədir ki, hakim partiyanın 2 gün sonra keçiriləcək qurultayı haqda nəinki ictimaiyyət, siyasi çevrələr, media xəbərsiz olub, hətta bir çox tanınmış YAP-çılar belə məlumatsızdır. Lakin YAP-dakı mötəbər mənbələr martın 5-də onlayn qurultay keçiriləcəyini təsdiq edirlər.

“Musavat.com” yazır ki, qurultay islahat xarakterlidir və çox sayda məşhur YAP-çı rəhbər strukturlardan kənarlaşdırılacaq. Onlar yaşlı və gözdən düşmüş, ictimai rəydə neqativ işarə ilə tanınan simalardır. Onların yerinə isə gənc kadrlar seçiləcək. Hədəf partiyanı fəallaşdırmaq və onun böyük potensialını hərəkətə gətirməkdir.

YAP rəhbərliyindən kənarlaşdırılacaq bəzi şəxslərin adlarını təxmin etmək mümkündür. Onlar YAP sədrinin 4 müavinindən 2-si olan Əli Həsənov (baş nazirin sabiq müavini) və Akif Əlizadədir (AMEA-nın sabiq prezidenti).

Hakim partiyanın İdarə Heyəti də yenidən formalaşdırılacaq. Bir zamanlar hakim partiyanın əsas simaları olan Hacıbala Abutalıbov – baş nazirin sabiq müavini, Vaqif Əliyev – mədəniyyət və turizm nazirinin müavini, Nurlana Əliyeva – Bakı Slavyan Universitetinin rektoru, YAP Qadınlar Şurasının sədri, Nizami Xudiyev – Pedaqoji Universitetin kafedra müdiri, Abel Məhərrəmov – (BDU-nun sabiq rektoru), Arif Rəhimzadə və başqaları siyasətlə və partiyaları ilə vidalaşacaqlar.

YAP Siyasi Şurasının hələ də üzvləri olan Fatma Abdullazadə və Elnur Aslanov da hakim partiyanın siyahısından çıxarılacaq.

YAP-ın qurultayı ilə bağlı ən maraqlı gözlənti isə partiyanın faktiki rəhbəri – icra katibi Əli Əhmədovun vəzifəsində qalıb-qalmayacağıdır. Çox böyük ehtimalla, martın 5-dən sonra YAP-da yeni icra katibi olacaq.

Bəs Əli Əhmədovu kim əvəz edə bilər? 



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button