Siyasət
YAP-ın orqanları və strukturu müəyyənləşdi

Yeni Azərbaycan Partiyasının orqanları və strukturu müəyyənləşib. APA-nın məlumatına görə, bu, YAP-ın 2021-ci il martın 5-də keçirilən qurultayında qəbul edilən yeni Nizamnaməsində əksini tapıb.
Yeni Nizamnaməyə əsasən, partiyanın orqanları aşağıdakılardır:
– Qurultay;
– Partiyanın Sədri;
– İdarə Heyəti;
– Təftiş Komissiyası.
Partiyanın strukturuna onun Veteranlar Şurası, Gənclər Birliyi, Mərkəzi Aparatı, həmçinin yerli təşkilatlar və onların aparatları daxildir.