Gündəm

YAP fəalı Aytac Əliyeva həbs edilib

Bakı şəhəri, Binəqədi Qəsəbə Bələdiyyəsinin sabiq sədri Aytac Əliyeva həbs edilib. 

Unikal.org saytının məlumatına görə, o, yol verdiyi dələduzluq faktları ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

A.Əliyeva barəsində artıq məhkəmə qərarı da var.

Qeyd edək ki, A.Əliyeva Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Təşkilatının sədr müavini və YAP Binəqədi Rayon Təşkilatının Qadınlar Şurasının sədri olub.

O, Xaləddin İsgəndərovun icra başçısı olduğu dövrdə bələdiyyə sədri vəzifəsində çalışıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button