Dünya

Yanvarın 23-dən Olimpiadada 300-ə yaxın yoluxma qeydə alınıb

Yanvarın 23-dən bəri Çin rəhbərliyi Pekin Olimpiadasına gələn insanlar arasında 300-ə yaxın koronavirusa yoluxma faktı qeydə alıb.

Bu barədə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) sessiyası zamanı Pekin 2022-nin Təşkilat Komitəsinin tibbi ekspert qrupunun sədri Brayan Makkloski məlumat verib.

Aşkar edilmiş yoluxma hallarının dəqiq sayı 287-dir. Fevralın 2-də 55 yoluxma faktı aşkarlanıb: 29-u hava limanında, 26-sı Oyunların bütün iştirakçılarının yaşadığı ərazidə.

Qeyd edək ki, Olimpiya Oyunlarının açılışı fevralın 4-də olacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button