Dünya

Yəməndə husilər yaşayş məntəqəsini atəşə tutub, ölən və yaralananlar var

Yəmənin “Ansar Allah” (“husilər”) hərəkatı tərəfdarlarının Marib əyalətinin Al Cuba bölgəsinə raket hücumları nəticəsində azı 29 nəfər ölüb və ya yaralanıb.
“Report” TASS-a istnadən xəbər verir ki, bu barədə ölkənin informasiya, mədəniyyət və turizm naziri Müəmmar əl-İryani özünün tvitterdəki hesabında məlumat verib.
“Husilər Marib əyalətinin cənubundakı Əl-Cuba bölgəsindəki yaşayış məntəqəsinə hücum etdi, bu dəfə iki ballistik raketlə. (Yerli-red) məscidi və Dar əl-Hədis dini mərkəzini vurdular, 29 mülki şəxs həlak olub”, – deyə nazir bildirib.
O əlavə edib ki, ölən, yaralananlar arasında qadın və uşaqlar da var.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button