Dünya

Yəməndə DİN-in zabitləri terror aktı zamanı həlak olub

Yəmənin Daxili İşlər Nazirliyinin üç zabiti ölkənin şərqində törədilən terror aktı nəticəsində həlak olub.
“Report” xəbər verir ki, bu barədə nazirliyin bəyanatına istinadən “Saba” informasiya agentliyi bildirib.
Məlumata görə, hücum Sanadan 700 kilometr məsafədə yerləşən Xadramaut əyalətinin Seyyun şəhərində olub. Terrorçular daxili işlər orqanlarının əməkdaşlarının maşınına əldəqayrılma partlayıcı maddəni qoyublar və zabitlər avtomobilə əyləşəndə onu partladıblar.
Hazırda cinayətkarların axtarışı aparılır. Daxili İşlər Nazirliyi vətəndaşları istənilən şübhəli şəxs və həmçinin silahlıların yerdəyişmələri haqqında bildirməyə çağırıb.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button