İdman

Xorvatiyada penaltini düzgün vurmayan futbolçu meydandan qovulub

Futbol üzrə Xorvatiya I Liqasının (əsas liqa) “İstra” – “Dinamo” (Zaqreb) oyununda kuryoz hadisə baş verib.

Qonaq komandanın hücumçusu Bruno Petkoviç penaltini düzgün yerinə yetirmədiyi üçün meydandan qovulub.

27 yaşlı forvard 11 metrlik nöqtəyə yaxınlaşarkən qısa pauza verib və rəqib qolkiper yerə yıxıldıqdan sonra topu qapıdan keçirib.

Petkoviçin penaltini qaydalar çərçivəsində vurmadığını düşünən referi qolu qeydə almayıb və oyunçuya ikinci sarı vərəqəni göstərib. Futbolçu meydanı istehzalı gülüşlə tərk edib.

Qeyd edək ki, qarşılaşma Zaqreb “Dinamo”sunun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button