Cəmiyyət

Xocavənddə sürücü yol qəzasında ağır xəsarət alıb

Xocavənddə xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report”un məlumatına görə, hadisə rayonun dağlıq ərazisində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Abdullayev Səbuhi Səhrab oğlu idarə etdiyi yük avtomobilinə idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi daşa çırpılıb. Hadisə zamanı xəsarət alan sürücü təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona bel fəqərəsinin sınığı diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button