Siyasət

Xocalıda 1-ci Qarabağ müharibəsinin ən böyük və qorxunc kütləvi qırğını olub – “Nezavisimaya qazeta”

Hər il fevralın 26-da dünyanın müxtəlif ölkələrində 1992-ci ildə Qarabağda gedən birinci müharibə zamanı baş vermiş Xocalı şəhərinin faciəsi anılır.

Trend-in məlumatına görə, bu barədə “Nezavisimaya qazeta”da dərc olunan məqalədə deyilir.

“O zaman erməni qüvvələri bu Azərbaycan yaşayış məntəqəsini ələ keçirdi və əməliyyatın nəticəsi qaçmağa çalışan yüzlərlə dinc sakinin ölümü oldu. O faciəli hadisələr haqqında çoxlu kitablar yazılıb, filmlər çəkilib, lakin bütün bunlar qanlı tarixin keçmişdə qaldığını, yaşandığını deməyə imkan vermir. Birinci Qarabağ müharibəsi zamanı baş verən Xocalı faciəsi 30 ildən sonra da xatırlanır. O zamad Azərbaycan ordusunun müdafiəsi üçün strateji əhəmiyyətə malik olan şəhər bir neçə günlük artilleriya hazırlığından sonra fevralın 26-da erməni silahlı birləşmələri tərəfindən ələ keçirilib. Son günə kimi dinc sakinlər Xocalıda qalmışdı, onların bəziləri təhlükəli yeri tərk etməyə çalışsalar da, hər şey faciə ilə başa çatdı. Hücum başlayandan sonra Xocalı sakinləri Ağdama doğru istiqamət götürərək şəhəri tərk etməyə çalışsalar da, yolda dəfələrlə hücuma məruz qaldılar”, – məqalədə deyilir.

Məqalədə bildirilir, qadınlar, qocalar və uşaqlar bir neçə atəş altına düşüb və hücumlara məruz qalıb.

“Müxtəlif növ silahlardan qətlə yetirilənlərdən başqa, onlarla dinc sakin, xüsusilə qadın və uşaqlar meşələrdə donaraq ölüb. Mindən çox sakin əsir düşüb. Ekspertlərin məlumatlarına əsasən, hadisədən sonra dörd gün ərzində Ağdama 200 meyit gətirilib, ümumilikdə isə Xocalı faciəsi zamanı 613 nəfər, o cümlədən 63 uşaq, 70 qoca, 106 qadın həlak olub Baş verənlər birinci Qarabağ müharibəsi dövrünün ən iri və qorxunc kütləvi qırğın olub. Ən dəhşətlisi isə o idi ki, şahidlər meyitlərin üzərində güllə və qəlpə yarası olmayan, qəsdən törədilən xəsarətlər görüb. Dinc sakinlər, o cümlədən qocalar və uşaqlar heç bir bəraəti olmayan mənasız qırğının qurbanı olub”, – məqalədə deyilir.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button