Siyasət

XİN: “İndi hansısa “icma” deyil, Azərbaycanın erməni vətəndaşları var”

“Münaqişədən öncə Qarabağın Azərbaycan icması erməni icmasının bəyanatlarına cavab verirdi. İndi isə “icma” anlayışı yoxdur”.

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva “Müharibədən sonrakı reallıqlar və media” adlı təlimdə deyib.

“Bizim üçün “Azərbaycanın erməni vətəndaşları” anlayışı var. İndi biz Ermənistan XİN-in açıqlamalarının böyük hissəsinə cavab veririk. Bəzilərinə isə tələsik reaksiya verməməyə çalışırıq. Çünki biz artıq qalib dövlətik”, – o bildirib.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button