Siyasət
XİN Baydenin bəyanatına münasibət bildirib

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi ABŞ Prezidentinin erməni anım günü ilə əlaqədar çıxışına münasibət bildirib.
XİN-in Mətbuat xidmətindən verilən məlumatda deyilir:
“ABŞ Prezidenti Co Baydenin erməni anım günü münasibətilə səsləndirdiyi bəyanatında növbəti dəfə 1915-ci il hadisələri ilə bağlı tarixi həqiqətlərin təhrif olunması təəssüf doğurur.
ABŞ Prezidentinin bu bəyanatı, həmçinin hazırda Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşması məqsədilə aparılan danışıqlara uyğun gəlmir.
1915-ci il hadisələri siyasətçilər deyil, tarixçilər tərəfindən araşdırılmalıdır. Tarixin saxtalaşdırılması cəhdləri və onun siyasi təzyiq məqsədilə istifadə edilməsi qəbuledilməzdir”.