Dünya

XİN başçısı: “Gürcüstan üçün qonşuları ilə münasibətləri dərinləşdirmək əsas prioritetlərdəndir”

“Gürcüstan üçün strateji tərəfdaşları – ABŞ və Avropa İttifaqı ölkələri, həmçinin qonşu ölkələrlə münasibətlərin dərinləşdirilməsi əsas prioritetlərdəndir”.
“Report”un yerli bürosu xəbər verir ki, bunu hakim Gürcü Arzusu Partiyasının mitinqinə qatılan baş nazirin müavini, xarici işlər naziri David Zalkaliani “İmedi” telekanalına açıqlamasında deyib.
O, regionda sülhü də Gürcüstanın əsas prioriteti adlandırıb.
D.Zalkalianinin sözlərinə görə, Gürcüstan təhlükəsizlik, işğal, bölgədə təhlükələrlə bağlı bir sıra təhdidlərlə üzləşir: “Ölkəyə birlik, sabitlik və iqtisadiyyatın bərpası əvvəllər olmadığı qədər çox lazımdır”.
XİN başçısı qeyd edib ki, 2024-cü ildə Gürcüstan Avropa İttifaqına üzvlüklə bağlı müraciət təqdim edəcək: “Lakin bu, prosesin sonu deyil. Məqsədimiz Aİ və NATO-ya üzv olmaqdır”.

REPORT

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button