Mədəniyyət

Xidmət rəisi: “Türyançay Dövlət Təbiət Qoruğunda mühafizə gücləndirilib”

“Oğuz rayonunun Çaldaş kəndi ərazisində ağacların kəsilməsi ilə bağlı araşdırmalar davam edir”.

Bunu Biloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firuddin Əliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hadisə baş verən ərazi Türyançay Dövlət Təbiət Qoruğu ilə həmsərhəddir: “Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, dövlət qoruğunun və hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidədirlər. Ağacların kəsilməsinin səbəbləri araşdırılır. Kənd sakinləri də araşdırmalara cəlb olunub. Həmin ərazi müyyən maraqların toqquşduğu ərazidir. Ərazidən otlaq sahəsi kimi istifadə olunması bağlı kənd sakinləri arasında anlaşmazlıq və ya təxribat ola bilər. Həmçinin Türyançay Dövlət Təbiət Qoruğu ərazisində gücləndirilimiş mühafizə işləri təşkil olunub”.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button