Mədəniyyət

“Xatirələrdə qalan oyuncaqlar” uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb

Mədəniyyət, Təhsil nazirlikləri, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, Rəssamlar İttifaqı, Dövlət Rəsm Qalereyası, Bakı Dövlət Sirki və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə elan olunmuş “Xatirələrdə qalan oyuncaqlar” uşaq yaradıcılıq müsabiqəsinə əsər qəbulu başa çatıb.

Xətai Sənət Mərkəzindən bildirilib ki, müsabiqəyə ölkəmizin müxtəlif guşələrindən 1000-dən çox əsər təqdim olunub.

Yaş həddi nəzərdə tutulmamış müsabiqəyə iştirakçılar uşaq vaxtı ən çox sevdikləri və arzuladıqları oyuncağın rəsmini çəkməklə və ya materiallardan (metal, gil, ağac, kağız, plastilin, parça) maketlər hazırlamaqla, həmçinin xatirə əhəmiyyəti daşıyan oyuncaqlarla da qatılıblar.

Əsəri sərgidə nümayiş olunan müəlliflər sertifikatla və fəal tədris mərkəzləri (dərnək, incəsənət məktəbi və s.) təşəkkürnamə ilə təltif olunacaqlar.

Münsiflərin seçimi əsasında ilk turdan keçmiş iştirakçılar Xətai Sənət Mərkəzinə dəvət olunacaq. Daha sonra seçilmiş 50-yə yaxın əsər Bakı Dövlət Sirkinin foyesində nümayiş olunacaq və onların müəllifləri həmin gün üçün planlaşdırılmış sirk tamaşasına baxmaq şansı əldə edəcəklər.

Qeyd edək ki, yaradıcılıq müsabiqəsində seçilən iştirakçıların siyahısı Xətai Sənət Mərkəzinin sosial media hesabları (facebook-Xetaisenetmerkezi,[email protected]) və Dövlət Rəsm Qalereyası sosial media hesabları, (facebook-ADRQalereya.az, [email protected]) həmçinin qalereyanın rəsmi internet saytı (www.azgallery.az) vasitəsilə yayımlanacaq.

Seçimlərindən narazı qalanlar olarsa (müəllim, valideyn və şagird) seçimlərin elan olunduğu vaxtdan 3 iş günü ərzində [email protected] elektron poçt ünvanına müraciət edə bilər .

 

 

 

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button