Dünya

Xarici vətəndaşların Yaponiyaya girişi dayandırılıb

Koronavirusun yeni “Omikron” ştampı ilə əlaqədar xarici vətəndaşların Yaponiyaya giriş dayandırılıb.
İstiqlal.az xəbər verir ki, 30 noyabr 2021-ci il, Yaponiya vaxtı ilə saat 00:00-dan etibarən artıq Yaponiya vizası olan şəxslər də daxil olmaqla, xarici vətəndaşların Yaponiyaya girişi müvəqqəti dayandırılacaq.  Bu qərar 30 noyabr 2021-ci il Yaponiya vaxtı ilə saat 00:00-dan əvvəl ölkəyə daxil olacaq şəxslərə şamil edilmir.
Bu qayda ilə bağlı bütün dəyişikliklər Yaponiyanın Azərbaycandakı Səfirliyinin rəsmi internet səhifəsi və sosial media hesablarında yayımlanacaq.

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

Back to top button