Siyasət

“Xankəndidə Azərbaycan bayrağı dalğalanmayacaq” – Savash.org

Özünü Dağlıq Qarabağ Respublikası adlı qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi” kimi təqdim edən terrorçu Vitali Balasanyan şovinist açıqlama ilə çıxış edib.

Savash.org-un məlumatına görə, Vitali Balasanyan Xankəndi şəhərindəki inzibati binaların üzərində Azərbaycanın dövlət bayrağının asılacağı barədə xəbəri təkzib edib.

“Bəzi media və sosial şəbəkələrdə Qarabağ Müdafiə Ordusunun ləğv ediləcəyi və bu məntiqə görə sərhədlərin müdafiəsinin təşkil olunmayacağı barədə məlumatlar yayılır. Bununla əlaqədar ictimaiyyətə bildirmək istərdim ki, dövlət orqanları hazırda sərhədlərimizi qorumaq məqsədi ilə müqavilə əsasında peşəkar hərbi birliklərin yaradılması ilə məşğuldur” – Balasanyanın yaydığı bəyanatda belə deyilir.

Balasanyan Şuşaya, Şuşanın Malıbəyli kəndi, Kərkicahan qəsəbəsi və Xocalı şəhərinə gələcəkdə azərbaycanlı ailələrin qaytarılmasının qorxulu olduğunu deyib.

Qeyd edək ki, ermənilər işğaldan sonra həmin yaşayış yerlərinin adını dəyişdirərək Malıbəyliyə “Açapnyak”, Kərkicahana “Krkjan”, Xocalı şəhərinə isə “İvanyan” adı veriblər.

“Azərbaycanlıların Xankəndinin ticarət nöqtələrində alış-veriş etmələri barədə də söhbət var. Sizi inandırıram ki, bu cür söhbətlər əsassızdır”, – deyə Balasanyan bildirib.

“Ona görə də sizi yalanlara boyun əyməməyə, xalq üçün ləyaqətli həyatı təmin etmək və genişləndirmək üçün lazımi şəraitin yaradılması üçün hər şeyin edildiyinə və ediləcəyinə əmin olmağa çağırıram”,-terrorçubaşı belə deyib.

Xatırladaq ki, V.Balasanyan Birinci Qarabağ Müharibəsində Azərbaycan ərazilərinin, xüsusilə də Şuşa şəhərinin işğalına rəhbərlik edənlərdən biri olub.



İstiqlal

Bənzər yazılar

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Back to top button